Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet nəhənginin xalis mənfəəti 60 faiz artıb


“Google” korporasiyası 2012-ci ilin birinci rübü üzrə maliyyə nəticələri haqqında məlumatları dərc edib. 2011-ci ilin analoji dövrü ilə müqayisədə internet nəhəngin xalis mənfəəti 60 faizdən çox artaraq 2.89 milyard dollar təşkil edib. “Google” şirkətinin rüblük mənfəəti 10,65 milyard dollar təşkil edib. Bu göstərici keçən ilin nəticəsini 24 faiz üstələyib.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən  bildirir ki, “Google” şirkəti bütün mənfəətini əvvəlki kimi reklam sayəsində qazanır.

Şirkətin icraçı direktoru Larri Peyc qeyd edib ki, “Google” korporasiyası insanların həyatının texnologiyalar vasitəsilə yaxşılaşdırılması üzrə yolun lap əvvəlindədir.
 



EMİL
 





13/04/12    Çap et