Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mobil telefonlar: Saxta cihazlardan özümüzü necə qoruyaq?” müsabiqəsinin vaxtı uzadılıb


İKT İnformasiya Mərkəzi, “Mobitel”, “Caspian Telecom”, “İnteqral”şirkətlərinin “Mobil telefonlar: Saxta cihazlardan özümüzü necə qoruyaq?” mövzusunda birgə keçirdikləri müsabiqənin vaxtı aprelin 21-nə qədər uzadılıb.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, vaxtın uzadılması jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən həyata keçirilib.

Qeyd edək ki, müsabiqədə qəzet, jurnal, televiziya, radio, habelə internet media saytlarında yerləşdirilmiş məqalələr qəbul edilir. Məqalələrin qiymətləndirilməsi zamanı media-resursun Azərbaycanda nüfuzu və oxucularının sayı da nəzərə alınacaq.  Müsabiqədə iştirak üçün məqalələri 21 aprel tarixinədək təqdim etmək üçün info@media.az elektron poçtuna və ya (070) 315 51 51 müraciət etmək mümkündür.

  Radio və televiziya reportajlarının isə CD və ya fləş-kartlarda təqdim olunması zəruridir. Müsabiqə üzrə təklif olunan mövzulara gəlincə, buraya “İMEI” kodlar vasitəsilə saxta cihazları necə müəyyən etmək olar”, “Saxta mobil telefon alan istehlakçını hansı təhlükələr gözləyir”, “Rəsmi idxal olunmuş mobil telefonların üstünlükləri”, “Qeyri-leqal idxal olunan telefonları nə üçün almaq olmaz”, “Qeyri-leqal telefon almış istehlakçıları nə gözləyir”, “İMEI” kod nədir və onun qeydiyyatının əhali üçün üstünlükləri” kimi mövzular daxildir.

Qaliblər ekspertlərdən ibarət Münsiflər Heyəti tərəfindən müəyyənləşdiriləcək. Dörd ən yaxşı müəllif “Samsung Salaxy II”, “Nokia Lumia 800”, “Blackberry 9900” və “HTC Rhyme” smartfon modelləri ilə mükafatlandırılacaqlar. Müəlliflərin qiymətləndirilməsi zamanı məqalələrin sayı əlavə üstünlük hesab edilir. 
 
HƏQİQƏT
 





13/04/12    Çap et