Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"AZ-EVRO TEL" MMC-nin direktoru “İlin ən yaxşı top-meneceri” seçilib


Avropa Biznes Assambleyası (EBA) və Sokrat adına Beynəlxalq Nominasiya Komitəsi tərəfindən "AZ-EVRO TEL" MMC-nin direktoru  Cabit Rəsulovu, uğurlu idarəedicilərin ümumavropa reyestrinə daxil etməklə, “İLİN ƏN YAXŞI TOP-MENECERİ” (“BEST MANAGER OF THE YEAR”) ordeni ilə təltif edilməsi və etibarlı tərəfdaşların və sürətlə inkişaf edən müəssisələrin ümumavropa reyestrinə daxil etməklə "AZ-EVRO TEL" MMC-yə isə 2011-ci il üzrə ”ƏN YAXŞI MÜƏSSİSƏ” (“BEST  ENTERPRISES”) beynəlxalq mükafatının verilməsi üzrə qərar qəbul edilib.

Təqdimetmə haqqında qərar 2011-ci ildə bazarın tədqiqatı və ictimai rəyin öyrənilməsi, milli tərəfdaşlar, biznes KİV-i, səfirliklər, ticarət palataları, ticarət nümayəndəlikləri və informasiya agentliklərindən alınan məlumatlar əsasında qəbul edilib.

Təntənəli təqdimetmə cari ilin 21 martında London şəhərində, Böyük Britaniyanın direktorların Kral İnstitutunun Əsas iqamətgahında keçirilən "TƏRƏQQİ- 2011” (“ACHIEVEMENTS - 2011”) Beynəlxalq Sokrat mükafatlandırma mərasimində baş tutub.

Qonaqlar arasında diplomatlar, siyasətçilər, iş adamları, maliyyəçilər, alimlər, mədəniyyət və təhsil xadimləri vardır.
 
Bundan başqa, “AZ-EVRO TEL” MMC-nin direktoru Cabit Rəsulova Beynəlxalq Rabitə Akademiyası (BRA) tərəfindən akademik adı verilib.

Təntənəli mərasim zamanı Beynəlxalq Rabitə Akademiyasının prezidenti xanım Anastasiya Petrovna Ositis tərəfindən Cabit Rəsulova diplom və  vəsiqə də təqdim edilib.

Məlumat üçün bildirək ki, Beynəlxalq Rabitə Akademiyası 07 mart 1996-cı il tarixində RF-nin Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və hal-hazırda Moskva şəhərində fəaliyyətini davam etdirir.
Hal-hazırda akademiyanın tərkibində 30 ölkədən çoxlu sayda akademik vardır. Akademiya telekommunikasiya sahəsi üzrə beynəlxalq təşkilatlarla sıx əlaqə saxlayır.
Akademiyanın Rəyasət Heyəti və  Baş qərargahı Moskva şəhərində yerləşir.
 
 





13/04/12    Çap et