Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2.5 düymlü sərt disklər stolüstü fərdi kompyuter seqmentinə daxil olacaq
Müasir kompyuterlər daha nazik və enerjiyə qənaətcil olur. Bu tendensiya nəticədə ona gətirib çıxaracaq ki, hazırda stolüstü kompyuterlərdə istifadə edilən 3,5 düymlü sərt disklərin əvəzinə 2,5 düym form-faktora malik sərt disklər istifadə ediləcək. Bu barədə “IHS iSuppli” analitikləri hesabatda qeyd ediblər.
“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, monoblok kompyuterlər üçün 2,5 düymlü sərt disk tədarüklərinin sayı 2013-cü ildə 1 milyonu ötəcək. 2014-cü ilədək onların sayı 3 milyon, 2016-cı ilədək 7 milyona çatacaq.
Məlumat üçün bildirim ki, hazırda 2,5 düymlü sərt disklər mobil fərdi kompyuter, noutbuk və hətta serverlər daxil olmaqla müxtəlif məhsullarda istifadə olunur.
“IHS iSuppli” analitik şirkətinin proqnozuna görə, 2013-cü ildə monoblok kompyuterlərdə istifadə ediləcək 2.5 düymlü sərt disklər məlumatların saxlanılması qurğuları bazarının 4 faizini tutacaq. 2016-cı ilə bu göstərici 18%-ə qədər arta bilər.
EMİL
13/04/12 Çap et