Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti yeni tip fləş- yaddaş istehsal edəcək


Koreyanın “Samsung Electronics” şirkəti yeni tip fləş-yaddaş istehsalına hazırlaşır. Yeni “NAND” yaddaş çipləri smartfon, planşet və ultrabuklarda istifadə üçün nəzərdə tutulub. “Samsung SSD” bölməsinin marketinq üzrə baş meneceri Rayen Smit bildirib ki, söhbət yaddaşın bir fiziki xanasında 3 bit məlumata qədər saxlaya bilən “TLC” (triple-level cell) sinfinə məxsus   çiplərdən gedir.

Məlumat üçün bildirim ki, indiyə qədər fləş-yaddaş çipləri “SLC” (single-level cell) və “MLC” (multi-level cell) formatında mövcud idilər.

Bu formatlar yaddaşın bir fiziki xanasında 1 və ya 2 bit məlumat saxlamağa imkan verirdilər. “SLC” formatı maksimal iş sürəti və yüksək etibarlılığa malik olduğundan serverlərdə, “MLC” formatı isə daha ucuzdur, lakin əvvəlki format kimi sürətli deyil.


 
EMİL





13/04/12    Çap et