Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Paytaxt işıqforları yeni sistemlə işləyəcək


Azərbaycan paytaxtının intellektual idarəetmə sistemi şəhərin işıqforlarını da tənzimləyəcək. “İCTnews” elektron xəbər xidməti bildirir ki, bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumatda vurğulanır ki, intellektual idarəetmə sistemi işıqforların iş vaxtını da "yaşıl dalğa" rejimində tənzimləməyə imkan verəcək. Qeyd edək ki, "yaşıl dalğa" nəqliyyat vasitələrinin hərəkətinin işıqforlarla tənzimlənməsinin avtomatik sistemidir.

Mərkəz bildirir ki, hazırda "yaşıl dalğa" artıq paytaxtın əsas küçələrində tətbiq edilir. Çünki bu sistem işıqforlar arasında qarşılıqlı əlaqənin qurulmasına imkan verir və müəyyən hesab sürəti ilə hərəkət edən nəqliyyat vasitələrinin kompakt qrupunun keçdiyi anda yaşıl işarənin işə düşməsini təmin edir.

Mərkəzdən o da bildirilir ki, paytaxtın işıqforlarının modernləşdirilməsi və yenidən qurulması prosesi davam etdirilir və sistemə birləşdirilən yeni işıqfor aparatları 150 yolayrıcında quraşdırılıb.




SEYMUR





13/04/12    Çap et