Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yerli bank Pos-Kredit xidməti təklif edir
Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni bir xidmət - Pos-Kredit xidmətini təqdim edir. Pos-Kredit xidməti plastik kart sahiblərinə mədaxil əməliyyatlarının çevik şəkildə həyata keçirilməsinə şərait yaradan mükəmməl bir vasitədir.
Müştəri, sadəcə, xəzinə şöbəsinə yaxınlaşaraq kartını və yerləşdirmək istədiyi vəsaiti təqdim edir. Həmin vəsait əməliyyat keçirildiyi an artıq kartın balansında əks olunur və müştəri əminliklə istədiyi əməliyyatı edə bilər.
Müştərinin vaxtına qənaət etmək imkanı yaradan bu xidmət öz növbəsində bank üçün də mədaxil əməliyyatlarını sadələşdirir. Bu xidmətin üstünlükləri ondan ibarətdir ki, vəsait onlayn rejimdə müştərinin hesabında əks olunur, başqa bankların kart sahibləri də bu xidmətdən istifadə edə, eləcə də müştəri hesab nömrəsini bilib-bilmədiyindən asılı olmayaraq, bu xidmətdən yararlana bilər.
14/04/12 Çap et