Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Paytaxtda əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyəti yoxlanılır


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi vətəndaşlara göstərilən xidmət mədəniyyətinin daha da yüksəldilməsi məqsədilə telefon qovşaqlarında yenidən monitorinqlərə başlayıb. Bu barədə birlikdən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, məqsəd əməkdaşların iş davranışlarını müşahidə etmək və vətəndaşlarla canlı söhbətlər təşkil etməkdir.

Bundan əlavə telefonla mənzillərə zənglər olunaraq onlara göstərilən xidmətlərlə bağlı söhbətlər aparılaraq nəticələr təhlil olunacaq. Monitorinqlərin davamlı olaraq aparılması nəticəsində qarşıya çıxan nöqsan və çatışmazlıqlar aradan qaldırılır ki, bu da vətəndaşların razılığı ilə qarşılanır.





14/04/12    Çap et