Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Saatlının Novruzlu kəndinə Sabirabad rabitəçiləri xidmət edir


Saatlı rayonunun Novruzlu kəndinin sakinlərinə telefon rabitə xidmətini Sabirabad Telekommunikasiya Qovşağı həyata keçirəcək. Sabirabad TKQ-dan verilən məlumata görə, məlum fəlakət zamanı ziyan çəkən  Saatlı rayonunun Novruzlu kəndi Sabirabad rayonuna yaxın olduğu üçün daha dayanıqlı və keyfiyyətli rabitənin təmin olunması üçün “Aztelekom” İB tərəfindən belə bir  qərar verilib.

Hazırda  sakinlər üçün salınan yeni Novruzlu qəsəbəsində qurulan 128 nömrə tutumlu elektron ATS qurulub. Qəsəbədə  abunəçilərin mənzilləri telefonlaşdırılıb, abunəçilərin yüksəksürətli internet xidmətlərindən istifadə etməsinə şərait yaranıb.

Sabirabad TKQ tərəfindən digər kəndlərdə də rabitənin günün tələbləri səviyyəsinə gətirilməsi üçün tədbirlər görülür. Qeyd edək ki, hazırda Sabirabad üzrə telefon abunəçilərinin sayı 7 min nəfər təşkil edir. 700 nəfərdən çox abunəçi  sürətli internet şəbəkəsinə qoşulub. 





14/04/12    Çap et