Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Instagram” istifadəçilərinin sayı 10 gün ərzində 10 milyon artıb
Fotoların yaradılması və redaktə edilməsi üçün nəzərdə tutulmuş populyar “Instagram” mobil əlavəsinin istifadəçilərinin sayı 10 gün ərzində təxminən 10 milyon artıb.
“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, 2010-cu ilin oktyabrında istifadəyə verilmiş mobil əlavə ilk əvvəl yalnız “iPhone” smartfonları üçün nəzərdə tutulmuşdu. Xidmətin istifadəyə verilməsi və əlavənin “Android” versiyasının yaradılmasına qədər “iOS” platforması ilə işləyən qurğularda təxminən 30 milyon istifadəçi qeydiyyatdan keçmişdi.
Aprelin 3-dən etibarən əlavənin “Android” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün versiyası “Google Play” onlayn-mağazasında əlçatandır. “Instagram” əlavəsinin “Android” versiyasının istifadəyə verilməsindən sonra xidmətin ümumi auditoriyası 10 milyon artaraq 40 milyona çatıb.
Rəsmi statistikaya görə, “Instagram” əlavəsində hər dəqiqə təxminən 2000 insan qeydiyyatdan keçir, xidmətə hər gün 5 milyondan çox foto yüklənir.
Məlumat üçün bildirim ki, “Facebook” bazar ertəsi “Instagram” xidmətini 1 milyard dollara satın alıb. Analitiklərin fikrinə görə, “Facebook” sosial şəbəkəsi “Instagram” xidmətini 425 milyondan çox insanın istifadə etdiyi şəxsi mobil platformasının gücləndirilməsi üçün satın alıb.
EMİL
14/04/12 Çap et