Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkəmiz digər ölkələrlə daha sürətli pul mübadiləsi həyata keçirə biləcək
Ölkəmizin “STEFİ”-nin(Secured Transfer of Electronic Financial Information) daha təcili pul köçürmələri əməliyyat sisteminə qoşulması istiqamətində test işləri uğurla başa çatıb. “Azərpoçt” MMC-dən verilən məlumata görə, “STEFİ” texniki məsələləri həll edib.
Texniki məsələ həll edildiyindən ölkəmiz digər ölkələrlə sürətli mübadilə həyata keçirə bilir.”Sadəcə, problem “STEFİ” sisteminin “Colvir” sisteminə inteqrasiyası işləri aparılır. Bu, həll edildikdən sonra sistem işə düşəcək”- deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, Azərbaycan beynəlxalq pul göndərişləri üzrə “STEFİ” sisteminə qoşularaq Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir.
Onu da bildirək ki, yeni sistem əvvəlkindən daha sürətlidir.
14/04/12 Çap et