Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dörd nüvəli prosessorlar 2013-cü ildə çıxacaq
“Qualcomm” şirkəti mobil qurğular üçün yeni “Snapdragon” (kod adı Krait) prosessorları istehsalı ilə bağlı məlumat yayıb. Cari ilin sonuna “LTE”, “HSPA” , “HSPA+” şəbəkələrdə iş dəstəyi ilə 2 nüvəli “MSM8960”, “MSM8270” və “MSM8260A” çipləri çıxacaq. Onların takt tezliyi 1,5-dən 1,7 QHz-ə qədər, ikinci səviyyə keş (L2) həcmi 1 MB, yüksək dəqiqlikli video dəstəyi 1080p-dir.
2012-ci ilin üçüncü rübünə”MSM8230” (HSPA+) və “MSM8930” (LTE) çiplərinin istehsalı nəzərdə tutulub. Onlar 1,0–1,2 QHz tezlikli 2 hesablama nüvəsi və “Adreno 305” qrafik sürətləndiricisi ilə təchiz ediləcək. Nəhayət, 2013-cü ildə 2,5 QHz-ə qədər takt tezliyi ilə 4 nüvəli “MSM8974” çipləri istehsal olunmalıdır. Onlarda yeni “Adreno 320” qrafik sürətləndiricisindən istifadə olunacaq. “LTE və HSPA+” şəbəkələri dəstəklənməlidir. “Qualcomm Krait” məmulatların istehsalı vaxtı 28 nonometrlik texnologiyadan istifadə etmək niyyətindədir.
06/07/11 Çap et