Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“.google” və “.youtube” domenləri yaradıla bilər


“Google” şirkəti internetdə bir neçə unikal domen adına malik olmaq üçün yaxın vaxtlarda “ICANN” təşkilatına “Google”-un ticarət brendlərinin yuxarı səviyyəli domen adları kimi qeydiyyatdan keçməsinə dair sifariş verməyə hazırlaşır.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, qeydiyyatdan keçirilməsi planlaşdırılan domen adları barəsində məlumat yoxdur. Lakin ekspertlər hesab edirlər ki, bunlar, ”google”, “.youtube” və ola bilsin ki “.gplus” domen adları ola bilər.

Məlumat üçün bildirim ki, “ICANN” təşkilatında ixtiyari domen adlarının qeydiyyatdan keçirilməsinə dair ərizələrin qəbulu prosesini hələ aprelin 12-də dayandırmaq planlaşdırılırdı, lakin bir sıra texniki səbəblər üzündən qeydiyyat aprelin 20-nə qədər uzadılıb. Qaydalara əsasən, “Google” şirkəti hər sifariş üçün 185 min dollar ödəməli olacaq.




 
EMİL





16/04/12    Çap et