Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Həşəratlardan möhkəm zireh yaradılacaq
İrlandiyanın Triniti kollecində çalışan alim-bioloqlar Dublin şəhərində müxtəlif həşəratlar üzərində apardıqları tədqiqat zamanı müəyyən ediblər ki, onların qoruyucu xitini (buğumayaqlıların, məs.: böcəklərin, xərçənglərin və s. üst qabığını təşkil edən bərk maddə) çox möhkəmdir. Məsələn, çəyirtkənin ayaqlarının tab gətirdiyi basqı təzyiqində insan ayaqları sına bilər.
“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, alimlər xitinin təbiətdə ən möhkəm təbii maddələrdən olduğunu müəyyən ediblər. Hazırda mütəxəssislər bu maddəni ətraflı şəkildə araşdırırlar. Onun əsasında xüsusi möhkəmlik tələb edən müxtəlif predmetlər hazırlamağın mümkün olacağı hesab edilir.
EMİL
16/04/12 Çap et