Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Oksford və Vatikanın arxivləri internetdə yerləşdiriləcək


Oksford Universitetinin “Bodlian” kitabxanasının və Vatikanın “Apostol” kitabxanasının əməkdaşları qədim sənədlərin 1,5 milyondan çox səhifəsinin rəqəmləşdirilməsi və daha sonra internetdə yerləşdirilməsinə dair birgə layihəyə başlayırlar.

“İCTnews.az” elektron xəbər xidməti pitbit.ru” saytına istinadən bildirir ki, layihənin həyata keçirilməsinə 3 milyon dollardan çox vəsait xərclənəcək. Vəsait artıq Britaniyanın “The Polonsky Foundation” fondu tərəfindən ayrılıb.

Mütəxəssislər iddia edirlər ki, rəqəmli arxivin yaradılması həm qədim sənədləri qoruyacaq, həm də istənilən şəxs onlardan istifadə edə biləcək. Belə ki, qədim sənədlərin internetdə açıq girişdə yerləşdirilməsi planlaşdırılır.


 
EMİL





16/04/12    Çap et