Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə “Aktiv ol”


 “Aktiv ol”  internet xidmətinə qoşulan yeni istifadəçilər üçün aksiyaya start verilib. İnternet provayderdən verilən məlumata görə, aksiya çərçivəsində istənilən yeni  istifadəçi limitsiz internet xidmətinə qoşulmaqla 15 gün ərzində həmin xidmətdən saniyədə 20/20 Megabit sürətlə pulsuz istifadə edə bilər.

İstifadəçi xidmətdən razı qalarsa, onun 2 tarifdən birini seçmək imkanı var – limitsiz 1 ay, aylıq ödəniş 35AZN və ya  limitsiz 6 ay, burada aylıq ödəniş 29AZN təşkil edir.

Qeyd edək ki, 6 aylıq müqavilə bağlayan şəxslərdən internetə birdəfəlik qoşulma haqqı alınmır.
“Aktiv ol” Bakı şəhəri ərazisində ən son FTTB texnologiyası vasitəsilə genişzolaqlı internetdən yararlanmaq imkanı verən yeni bir xidmətdir. Bu xidmət “Azərtelekom” MMC-nin şəbəkəsi vasitəsilə təmin edilir.

Xatırladaq ki, FTTB ingilis dilindən tərcümədə qısaca olaraq (Fiber To The Building) binaya qədər fiber optik kabel anlamını verir. Belə ki, internet, optik lif vasitəsilə yaşayış binasına qədər çəkilir, daha sonra Ethernet vasitəsilə (xüsusi naqil istifadə olunmaqla) mənzillərə paylanır. Bu texnologiya hər bir mənzili 20 Mbit/san sürətlə təmin etməyə imkan verir.
 
CAHANGİR
 





16/04/12    Çap et