Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kvant kompyuterləri üçün almaz işıq diodu yaradılıb


Yaponiyanın Osaki Universitetində professor Norikadzu Midzuotinin rəhbərliyi altında çalışan alim-fiziklər almaz əsasında vahid foton buraxa bilən işıq diodları yarada biliblər. Belə işıq diodları gələcəyin kvant kompyuterlərinin əsas komponentlərindən biridir. Belə ki, onlar müxtəlif qovşaqlar arasında informasiyanın ötürülməsinə xidmət edirlər.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, alimlər bundan əvvəl də bu cür işıq diodları yaradıblar, lakin onların hamısı əhəmiyyətli çatışmazlığa malik idilər; yalnız absolyut sıfra (sıfırdan aşağı olan 273,16°S temperatur) yaxın temperaturda işləyə bilirdilər. Yapon alimlərinin hazırlaması isə otaq temperaturunda işləməyə qadirdir.

Mütəxəssislər tərəfindən hazırlanmış işıq diodu nümunəsinin məhsuldarlığı saniyədə 40 min foton təşkil edir. Alimlər artıq qurğunu təkmilləşdirmək haqqında düşünürlər: əgər adi elektrodlar nanoliflərlə əvəz edilsə, məhsuldarlıq saniyədə 10 milyon fotona qədər arta bilər.


 
EMİL
 





16/04/12    Çap et