Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy 3” smartfonu mayın 3-də elan ediləcək


“Samsung” korporasiyası flaqman smartfonunun təqdimatı üçün artıq dəvətlər göndərməyə başlayıb. “Galaxy S III” smartfonunun elanı mayın 3-də London şəhərində olacaq. Dəvətdə smartfonun adı qeyd edilməyib, yalnız növbəti “Galaxy” göstərilib. Modelin texniki xüsusiyyətləri haqqında əvvəlki kimi etibarlı məlumatlar yoxdur.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən  bildirir ki, “Samsung Galaxy S III” smartfonu dördnüvəli prosessor, 1280×720 piksel təsvir ölçülü 4,7 düymlü ekran və keramika korpus ilə təchiz edilib.
 






EMİL
 
 





16/04/12    Çap et