Yeni dördnüvəli “Android” smartfonu
"Meizu" şirkətinin əməkdaşları yeni "Meizu MX" adlı məhsuldar smartfon istehsal ediblər.
Smartfonun xüsusiyyətləri aşağıdakı kimidir:
-
960x640 piksel təsvir ölçülü 4 düymlü ekran;
-
1.5 QHz takt tezliyində işləyən dördnüvəli "Exynos 4412" prosessoru;
-
16/32 Qb daxili yaddaş;
-
1.600 milliamper/saat tutumlu akkumulyator.
"Meizu MX" smartfonu "Android 4.0 Ice Cream Sandwich" əməliyyat sistemi ilə işləyəcək.
Smartfonun qiymətinin 500 dollar təşkil edəcəyi gözlənilir.
EMİL