Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Oracle” və “Google” korporasiyaları qarşı-qarşıya gəldi
San-Fransiskoda "Google" və "Oracle" korporasiyaları arasında məhkəmə prosesi başlanıb. Sonuncu iddia edir ki, internet-nəhəng patentlənmiş texnologiyaların müəllif hüquqlarını pozub və həmin texnologiyalar "Android" platformasında istifadə edilir.
2010-cu ilin avqustunda verilmiş məhkəmə iddiasında qeyd edilib ki, "Google" şirkəti "Java" texnologiyası ilə bağlı 7 patenti pozub. İddiaçı 1 milyard dollar həcmində kompensasiya tələb edir.
"İCTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Oracle" korporasiyası qələbə qazandığı halda əlavə istehsalçıları öz məhsullarını "Android", "Mac OS", "Windows", "iPhone" və istənilən digər platforma üçün yenidən hazırlamalı və onları yeni lisenziya altında buraxmalı olacaqlar.
EMİL
17/04/12 Çap et