Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Eurovision 2012»-yə onlayn bilet alanlar Bakıya gəldikdən sonra onu təsdiq etdirməlidirlər


«Bu ilin mayında Bakıda keçiriləcək «Eurovision - 2012» mahnı müsabiqəsi zamanı biletlərin satışında spekulyasiyanın qarşısının alınması üçün “adlı biletlər”in tətbiq edilməsi qərarına gəldik. Yəni onlayn surətdə alınan biletlər şəxsiyyəti təsdiq edən sənəd vasitəsi ilə təsdiqlənəcək».

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri «Eurovision»un rəsmi tərəfdaşı olan Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov söyləyib. Onun sözlərinə görə, xaricdən biletləri onlayn alanlar Bakıya gəldikdən sonra onu təsdiq edəcəklər: «Yəni təsdiqedici sənədləri təqdim etməklə bileti Bakıda alacaqlar».






SEYMUR





17/04/12    Çap et