Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və informasiya texnologiyaları sahəsində orta aylıq əmək haqqı yüksəlib
2012-ci ilin fevral ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1363,6 min nəfər olub və onların 844,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 519,2 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Statistika Komitəsinin məlumatına görə, eyni zamanda, iqtisadiyyatın neft sektorunda 36,5 min nəfər, qeyri-neft sektorunda isə 1327,1 min nəfər çalışıb.
Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1323,5 min nəfər təşkil edib. Muzdlu əsaslarla çalışan işçilərin 21,4 faizi məhsul istehsalı və 78,6 faizi xidmət sahələrində cəmlənib.
Muzdla işləyənlərin 24,6 faizi təhsildə, 19,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 9,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,1 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14,7 faizi iqtisadiyyatın digər sahələrində məşğul olub.
Bu ilin fevral ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 368,6 manat təşkil edib, yanvar-fevral aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artaraq 368,5 manat olub.
Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq əmək haqqı daha yüksək olub.
CAHANGİR
17/04/12 Çap et