Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nokia” şirkəti 21 dollarlıq mobil telefon təqdim edib


“Nokia” şirkəti bütün tarixi ərzində ən ucuz mobil telefonunu təqdim edib. Yeni “Nokia 103” mobil telefonunun qiyməti 16 avro və ya 21 dollardır. Bu telefon Hindistan, Nigeriya kimi inkişaf etməkdə olan bazarlarda satılacaq.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən  bildirir ki, “103” mobil telefonunun texniki xüsusiyyətləri haqqında yazmaq mənasızdır, çünki aparat yalnız zəng edə, “SMS” göndərə bilər və 500 kontaktdan ibarət telefon kitabına malikdir. Mobil telefonun çəkisi 77 qramdır.

Aparat gözləmə rejimində 1 ay, danışıq rejimində 11 saat işləyə bilər. “Nokia” şirkətinin nümayəndələri qeyd ediblər ki, aparatın təxminən 1 ay ərzində şəbəkəsiz işləmək imkanı ən kasıb ölkələrdə yaşayan  istifadəçilər üçün əhəmiyyətlidir.


 
EMİL





17/04/12    Çap et