Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” ilk smartfon prototipini 20 il bundan əvvəl hazırlayıb
Proqram təminatı istehsalında dünya lideri olan “Microsoft” korporasiyası hazırda smartfon bazarında “Apple”-dan çox geri qalır. Lakin korporasiyanın keçmiş əməkdaşı Natan Mirvold (Nathan Myhrvold) iddia edir ki, “iPhone”-a oxşar smartfon prototipi ilk əvvəl “Microsoft” şirkətində hazırlanıb.
Cənab Mirvold “Men's Journal” portalına verdiyi müsahibəsində bildirib ki, o, hələ 1991-ci ildə Bill Qeytsi belə qurğular istehsal etməyə razı salmağa çalışırdı.
“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Mirvoldun hesablamalarına görə, belə aparat 400-1000 ABŞ dollarına satıla bilərdi. Lakin o zaman layihə yalnız kağız üzərində qaldı.
“Microsoft” şirkəti o zaman bu şansı əldən verməsəydi, hazırda smartfon seqmentində böyük uğur əldə edə bilərdi. O, həmçinin, qeyd edib ki, “Microsoft”dan fərqli olaraq “Apple” və onun direktoru Stiv Cobs heç vaxt tamamilə yeni qurğu təqdim etməkdən çəkinməyiblər.
EMİL
17/04/12 Çap et