Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” xidməti yeni şirkət satın aldı


Populyar “Twitter” mikrobloqlar xidməti “Hotspots.io” şirkətini satın alıb. Bu barədə “Hotspots.io” şirkətinin nümayəndələri öz saytlarında məlumat veriblər. Məlumat üçün qeyd edim ki, şirkət sosial mediaların tədqiq edilməsi üçün alətlərin hazırlanması ilə məşğul olur.

"Biz “Twitter” komandasına qoşuluruq, elan verənlər və xidmətin əməkdaşları  üçün analitik alətlərin yaradılması üçün çalışacağıq" - xəbərdə belə qeyd edilib.

Sazişin şərtləri barədə məlumat verilmir. “Hotspots.io” şirkətinin hazırladığı alətlər “Twitter”də elan verənlərə öz reklam kampaniyalarının effektivliyini qiymətləndirməyə imkan verəcək.Məlumat üçün bildirim ki, hazırda “Twitter” mikrobloqlar xidmətinin auditoriyası 200 milyonu ötür.


 
EMİL





17/04/12    Çap et