Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planetin ən isti ərazisi haradır?


Liviyanın şimal-şərqində yerləşən Əl-Əziziyə şəhərini tez-tez dünyanın ən isti ərazisi adlandırırlar, lakin son peyk məlumatlarına görə, əslində o, planetin ən isti ərazisi deyil. Məlumat üçün bildirim ki, Əl-Əziziyə şəhəri planetin ən isti şəhəri adına 1922-ci ilin sentyabrında layiq görülüb. O zaman orada 58 dərəcə temperatur qeydə alınmışdı.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən  bildirir ki, Montana Universitetində çalışan alimlər tərəfindən aparılmış yeni tədqiqatlara görə, Əl-Əziziyə şəhəri həqiqətən də çox istidir, lakin Yer planetinin ən isti ərazisi ora deyil.

Yeni tədqiqat müəllifi Stiven Ranninqin məlumatına görə, 2005-ci ildə İranın Lut səhrasında 70,7 dərəcə temperatur qeydə alınıb.
 


EMİL
 
 





17/04/12    Çap et