Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
35 dollarlıq kompyuterlərin tədarükünə artıq başlanıb
2012-ci il fevralın sonunda Böyük Britaniyada 35 dollarlıq kiçik “Raspberry Pi” kompyuterlərini sifariş etmək mümkün idi. İstehsalçıların sözlərinə görə, ilk alıcılar artıq qurğularına “qovuşurlar”. Qurğuya tələbat çoxdur.
“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, kompyuter kredit kartı boydadır. “Raspberry Pi” kompyuteri 700 MHs takt tezliyində işləyən “ARM” prosessoru, 256 MB əməli yaddaş, “Ethernet” və 2 ədəd “USB” portu, “SD” yaddaş kartı, “microUSB” və “HDMI” portları, “Wi-Fi” modulu ilə təchiz edilib. Kompyuterə “Linux” əməliyyat sistemi quraşdırılıb.
EMİL
17/04/12 Çap et