Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məktəblilər arasında keçirilən intellektual oyunu üzrə “Bakı turniri”nin qalibi müəyyənləşib
Gəncliyə Yardım Fondunda məktəblilər arasında “Nə?” “Harada?” “Nə zaman?” intellektual oyunu üzrə “Bakı turniri” keçirilib.
“İrəli” İctimai Birliyinin və “Xəzər” İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə keçirilən yarışda Bakının 23 məktəbindən 25 komanda birincilik uğrunda mübarizə aparıb.
Çempionatda “Bozqurdların mübarizəsi” komandası birinci, “Secret” ikinci, “Hilal” isə üçüncü olib.İlk üç yerin sahibinə sertifikat və diplomlar verilmiş, qalib komandaya isə Kubok təqdim olunmub.
Çempionat “İrəli” İctimai Birliyinin Məktəb Parlamenti layihəsi çərçivəsində keçirilib. Bu layihə Bakının müxtəlif rayonlarını əhatə edərək 30-dan çox məktəbdə fəaliyyət göstərir. İlin sonunadək layihənin Bakının 200 məktəbini əhatə etməsi hədəflənir.
18/04/12 Çap et