Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da “Eurovision və gənclər” mövzusunda videoçarx müsabiqəsi elan edilib


"Step In!" gənclərin təşəbbüs qrupu "Eurovision və gənclər" mövzusunda "Step In Live" videoçarx müsabiqəsini elan edib.

Müsabiqənin məqsədi gəncləri möhtəşəm bir layihəyə daha yaxın etmək, onların ideyalarının reallaşdırılmasını dəstəkləmək və "Eurovision-2012" ilə bağlı baxışlarını öyrənməkdir. Müsabiqənin şərtlərinə əsasən, qalibi "Apple iPad 3 16 GB Wi-Fi + 4G", II yerin sahibini "Apple iPod Touch 8GB", III yerin sahibini isə "Apple iPod Nano 8 GB" kimi dəyərli hədiyyələr gözləyir.  

"Step In!" təşəbbüs qrupunun "facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində (www.fb.com/stepin.az) həyata keçirilən müsabiqədə gənclər layihənin mövzusuna uyğun hazırladıqları videoçarxları qrupun səhifəsində yerləşdirəcəklər.

Yerləşdirilmiş videoçarxlar arasında ən çox bəyənilənlər final mərhələsində iştirak etmək imkanı əldə edəcəkdir. Final mərhələsində peşəkar mütəxəssislər 3 ən yaxşı videoçarxı müəyyənləşdirəcəkdir. Müsabiqəyə həm peşəkar, həm də həvəskar çəkilişlər qəbul olunacaqdır. Son müraciət tarixi mayın 5-dir.

Müsabiqədə iştirak etmək istəyən gənclər  www.fb.com/stepin.az ünvanından və live.stepin.az  saytına daxil olmaqla ətraflı məlumat əldə edə bilərlər.
Qeyd edək ki, "Step In" – "Eurovision Baku-2012" ətrafında gənclərin ideallarının reallaşdırılması məqsədi ilə yaradılmış gənclərin təşəbbüs qrupudur.
                                                





18/04/12    Çap et