Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” korporasiyası yarımkeçirici sahəsində liderliyini möhkəmləndirir


Amerikanın “İntel” korporasiyası ən böyük yarımkeçirici istehsalçısı olaraq  qalmaqdadır. Qeyd edək ki, çip istehsalçısı artıq 20 ildir ki, birinciliyi əldən vermir.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən  bildirir ki, 2011-ci il “İntel” şirkətinin yarımkeçirici məhsul bazarında payı 16,5%-ə bərabər olub. Əvvəlki rekord 1998-ci il tarixinə aiddir; o zaman korporasiyanın bazar payı 16,3% olub. Beləliklə, “İntel” şirkəti 2011-ci ildə yarımkeçirici məhsul bazarından 50,7 milyard dollar həcmində mənfəət əldə edib.

“Samsung”un mənfəəti cəmisi 1% artıb və şirkət dünyanın ikinci ən böyük yarımkeçirici istehsalçısı olub. Cənubi Koreya nəhəngi 2011-ci ildə yarımkeçirici sahəsindən təxminən 27,4 milyard dollar qazanıb. Onun bazar payı 8,9% təşkil edib.

“Gartner” analitik şirkətinin tərtib etdiyi reytinqdə üçüncü və dördüncü yerlərdə “Toshiba” və “Texas İnstruments” şirkətləri qərarlaşıblar.

“IHS iSuppli” şirkətinin hesablamalarına görə, 2011-ci ildə yarımkeçirici bazarının həcmi 1,3% artaraq 311,4 milyard dollar təşkil edib.

“Gartner” şirkətinin əməkdaşlarının 2012-ci illə bağlı verdikləri proqnoza görə isə çip satışları 4% artaraq 316 milyard dollar təşkil edəcək.
 
EMİL
 





18/04/12    Çap et