Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
London tamamilə rəqəmli televiziya yayımına keçir
London bu gündən rəqəmli televiziya yayımına keçəcək. Analoq siqnal yayımından imtina edilməsi irimiqyaslı dövlət proqramının həyata keçirilməsində əsas mərhələ olacaq. Məlumat üçün qeyd edim ki, bu proqramın həyata keçirilməsinə 630 milyon funt-sterlinqdən çox, 1 milyard dollar) vəsait xərclənib.
“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, ölkədə praktik olaraq rəqəmli yayıma keçid tamamlanıb; yalnız Şimali İrlandiya, Yorkşir və İngiltərənin şimalındakı bir neçə qraflıqda hələ də mövcud olan analoq yayım 2012-ci ilin payızında dayandırılacaq. Yenilənmiş standart “Freeview” televiziya paketinə rəqəmli keyfiyyətə malik 40 kanal daxildir.
Paytaxt sakinləri bu kanallara baxmaq üçün ya öz televizorlarını yenidən sazlamalı, ya da xüsusi dekoderlər almalı olacaqlar.Boşalmış tezlikləri mobil rabitə operatorlarına və internet-provayderlərə vermək planlaşdırılır.
EMİL
18/04/12 Çap et