Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın nəhəng mikroprosessor istehsalçısının səhmləri ucuzlaşıb


Dünyanın nəhəng mikroprosessor istehsalçısı “İntel” şirkətinin 2012-ci ilin birinci rübündə mədaxili ötən ilin birinci rübündə qeydə alınan 12,9 milyard dollar səviyyəsində qalıb, mənfəəti isə ilin-ilə nisbətində 13 faiz azalaraq 2,7 milyard dollar təşkil edib.

“İCTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən  bildirir ki, mədaxil müstəqil ekspertlərin proqnozlarından bir qədər çox olub, belə ki, onlar 12,8 milyard dollarlıq nəticə gözləyirdilər. Bir səhm üçün mənfəətin dəyəri 50 sentlik müstəqil proqnoza nisbətdə 53 sent təşkil edib. Bir il əvvəl səhmin mənfəəti 56 sent olub.

“İntel”in mənfəəti tədqiqat və işləmələrə, eləcə də satışların olmaması fonunda marketinqə çəkilən xərclərin artması nəticəsində azalıb.

Hesabatın dərc edilməsi şirkətin səhmlərinin məzənnəsinin aşağı düşməsi ilə nəticələnib. İstehsalçının səhmləri 68 sent və ya 2,4 faiz – bir ədəd üçün 27,79 dollaradək ucuzlaşıb.
 

EMİL
 





18/04/12    Çap et