Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPad” planşeti üçün stimpank stilində altlıq


“Apple” şirkətinin “iPad” planşeti üçün fərqli altlıq yaratmaq üçün rəssam və ya usta qabiliyyətlərinə ehtiyac yoxdur. Bunun üçün 2 ədəd çəkic, vintburan və taxta çifi kifayətdir.

“İCTnews.az” elektron xəbər xidməti “mobi.ru” saytına istinadən bildirir ki, belə altlığı yaratmaq üçün 2 çəkici bir-birinə paralel şəkildə qısa taxta çubuqla bərkitmək lazımdır. Həmin qısa taxta çubuğun ortasında isə vintburan yerləşdirilir. Vintburan vasitəsilə planşetin əyilmə bucağını nizamlamaq olar.
Qeyd edim ki, belə altlıq xarici internet-mağazalarda 95 dollara satılır.







EMİL





18/04/12    Çap et