Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ və Çin dövlətləri birgə kibertəlim keçiriblər


ABŞ və Çin dövlətinin liderləri iki ölkə arasında kiberfəza ilə bağlı  münasibətlərdə yaranmış gərginliyi bir qədər azaltmağa təşəbbüs göstəriblər və birgə kibertəlim seriyası keçiriblər. İki dövlətin şəbəkə təhlükəsizliyi üzrə mütəxəssisləri təcrübələrini paylaşmaq üçün görüşüblər.

Lakin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiki Cim Lyüs qeyd edib ki, hər iki tərəf hələ ki bir-birinə etibar etmir. Bununla belə, hər iki ölkənin hökumət  nümayəndələrinin qeyri-formal vəziyyətdə görüşü dost əlaqələrinin qurulmasına kömək edib".

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, ABŞ hökuməti son illər ərzində Çini dəfələrlə kibercasusluqda və ölkənin mühüm internet saytlarına haker hücumlarının təşkil edilməsində ittiham edib. Çin hakimiyyəti bütün ittihamları inkar edir və öz növbəsində ABŞ-ı münaqişələri qızışdırmaqda ittiham edir.



 
EMİL
 
 





18/04/12    Çap et