Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiyada internet-auditoriyanın təxminən yarısı 25-45 yaşlı insanlardır
25-45 yaş qrupuna aid istifadəçilər Rusiyada internet-auditoriyanın təxminən yarısını təşkil edir. Bu barədə “TNS” tədqiqat şirkətinin nümayəndəsi Ruslan Tağıyev Rusiyanın “RİF+KİB” adlı internet forumunda məlumat verib.
“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Tağıyevin sözlərinə görə, bu qrupa aid istifadəçilər 2008-ci ildən bəri təxminən 90 faiz artıb. Rusiyada yaşı 45-dən yuxarı olan istifadəçilər isə internet auditoriyanın 24 faizini təşkil edir.
Runetdə 12-17 yaş qrupu ən azsaylı istifadəçi qrupudur. "Onların payı cəmisi 9 faiz təşkil edir və ölkədəki demoqrafik vəziyyətə görə azalacaq" - Tağıyev qeyd edib.
“TNS” tədqiqat şirkətinin iddiasına görə, "Yandeks", “Mail.ru”, "Odnoklassniki" və "VKontakte" əvvəlki kimi runetin ən populyar resursları olaraq qalırlar.
EMİL
18/04/12 Çap et