Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“IBM” korporasiyası hesabat verib
“IBM” korporasiyasının mənfəəti 2012-ci ilin birinci rübünün nəticəsinə görə 24,7 milyard ABŞ dolları təşkil edib. Keçən ilin analoji dövrü ilə müqayisədə bu göstərici yalnız 0,3 faiz artıb. “IBM”-in xalis mənfəəti isə 3.07 milyard dollar və ya 1 səhmə 2,31 ABŞ dollarına bərabər olub.
“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, rüblük mənfəət artımı 7 faiz təşkil edib. Buna görə şirkət mədaxil üzrə illik proqnozunu artırmağa qərar verib. 2012-ci ildə əməliyyat mənfəəti 1 səhmə ən azı 15 ABŞ dolları olacaq.
EMİL
18/04/12 Çap et