Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya və rabitə sektorunda 289,8 milyon manatlıq xidmət göstərilib


Azərbaycanın informasiya və rabitə sektorunda yanvar-mart aylarında təsərrüfat subyektlərinə və əhaliyə 289,8 milyon manatlıq və ya 2011-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 8 faiz çox xidmət göstərilib. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,7 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xidmətlərdən əldə olunmuş gəlirlərin 65,1 faizi mobil telefon rabitəsindən yaranmış və keçən ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 7 faiz artaraq 188,6 milyon manat təşkil edib.
 
                                              
 





19/04/12    Çap et