Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Böyük tutuma malik məlumatların saxlanılması üçün optik daşıyıcı hazırlanacaq
“Sony” şirkəti böyük tutuma malik məlumatların saxlanılması üçün nəzərdə tutulmuş yeni optik daşıyıcı hazırlayacaq. Şirkət, həmçinin, yeni formatın inkişaf etdirilməsi üçün “Optical Disc Archive Advisory Group” adlı xüsusi qrup yaradacaq.
“İCTnews.az” elektron xəbər xidməti “mobi.ru” saytına istinadən bildirir ki, yeni daşıyıcı su, toz və temperatur təsirindən etibarlı şəkildə qorunacaq. Bunun nəticəsində informasiyanı onillərlə saxlamaq mümkün olacaq. Bu disklərin ilk ticarət nümunələri 2012-ci ilin payızında təqdim ediləcək.
EMİL
19/04/12 Çap et