Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Turizm-ticarət obyektlərinin 90 faizində pos-terminallar tətbiq olunur


Artıq Azərbaycanda turizm-ticarət sahəsinə aid obyektlərin 90 faizində pos-terminalların quraşdırılması tətbiq olunur. Nağd ödənişlərin azaldılması üçün həyata keçiriləın bu proses nəticəsində təkcə bu ilin ilk rübündə respublika üzrə 8 minə yaxın pos-terminal quraşdırılıb. Ümumilikdə isə Azərbaycanda 18 mindən artıq pos-terminal quraşdırılıb.

Hazırda Vergilər Nazirliyi Mərkəzi Bank və digər banklarla birlikdə ölkədə ödəniş sistemlərinin təkmilləşdirilməsi, nağdsız ödəmələrin stimullaşdırılması, o cümlədən ticarət mərkəzlərində və digər aidiyyəti obyektlərdə onların quraşdırılması istiqamətində tədbirləri davam etdirir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı artıq yeni təkliflər də hazırlanıb. Belə ki, vergi mütəxəssisləri nağd ödənişlərin azaldılması üçün müəyyən məhdudiyyətlərin tətbiqini vacib sayırlar.

Təkliflərə görə, min manatdan artıq bütün ödəmələr nağdsız həyata keçirilməlidir.Qeyd edək ki, Vergi Məcəlləsinə əlavə və dəyişikliklər 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
 
HƏQİQƏT

 





19/04/12    Çap et