Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ebay” şirkətinin mənfəəti 29 faiz artıb


Dünyanın ən böyük internet-hərracı olan “Ebay” şirkəti satış həcminin artması haqqında məlumat verib. Nəticə analitiklərin proqnozunu üstələyib. Buna səbəb həm də “PayPal” onlayn ödəmə biznesində qeydə alınmış artım olub.

Şirkətin məlumatına görə, 2012-ci ilin birinci rübü üzrə onun mənfəəti 29 faiz artaraq 3,28 milyard dollar təşkil edib. Şirkətin əməliyyat mənfəəti  1 səhm üzrə 55 sent təşkil edib.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Ebay” şirkətinin baş direktoru Con Donaxyu qeyd edib ki, şirkət hazırda mobil istiqamət üzrə fəaliyyətini daha da aktivləşdirib.

Onun proqnozuna görə, 2012-ci ildə mobil ödəmələrin ümumi həcmi 7 milyard dollar təşkil edəcək. Bu isə keçənilki nəticədən 75% yuxarı olacaq.Rüblük məlumatların dərc edilməsindən sonra şirkətin səhmləri 8,3% artaraq 38,84 dollar təşkil edib.
 
 


EMİL





19/04/12    Çap et