Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər “Twitter”də “PayPal” hesabını sındırıblar


Hakerlərin böyük korporasiyalara qarşı müharibəsi davam edir. “Twitter” mikrobloqlar sistemində çoxsaylı istifadəçi səhifələrindən birinin qırılması haqqında xəbər verilib. Həmin qırılan səhifə “PayPal” şirkətinə aiddir.
“Twitter”də “PayPal” hesabı üzərində nəzarəti ələ keçirən hakerlər şirkət ünvanına təcavüz tənqidlərlə kütləvi mesaj göndərilməsini təşkil ediblər.
Ancaq nə “PayPal” şirkəti, nə onun eyni adlı ödəmə sistemi hakerlərin bu hücumundan zərər çəkməyib. Cinayətkarlar tərəfindən edilən hücum şirkət nümayəndələrinin sözlərinə görə, sistemin işinə heç bir təsir etməyib və hətta onun reputasiyasına xələl gətirməyib. “PayPal”ın daxili kompyuter şəbəkələri zədələnməyib.
Hal-hazırda onların müdafiəsinin gücləndirilməsi üzrə aparılan iş haqqında informasiya yoxdur.




07/07/11    Çap et