Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkətinin planşet bazarındakı payı azalacaq?


“Windows 8” və “Windows RT” əməliyyat sistemləri ilə işləyəcək planşet kompyuterləri hazırlanır. “Microsoft” və “İntel” korporasiyaları hesab edir ki, bunun nəticəsində “iPad”ın planşet bazarındakı payı 2013-cü ilədək 50%-dən aşağı düşə bilər. Hazırda “iPad” planşet kompyuterlərinin bu seqmentdəki payı 70% təşkil edir.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən  bildirir ki, 2012-ci ilin sonunadək “Windows 8” əməliyyat sistemi əsasında təxminən 32 planşet istehsal ediləcək.

Planşetləri “HP”, “Dell”, “Lenovo”, “Acer”, “ASUS” və “Toshiba” kimi tanınmış brendlər istehsal edəcək.“Windows 8” əməliyyat sisteminin 2012-ci ilin payızında istehsal ediləcəyi gözlənilir.



 
EMİL





19/04/12    Çap et