Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Tarixi “İpək yolu” magistralı boyunca universal taksofonlar quraşdırılacaq
Avropadan Asiyaya uzanan tarixi "İpək yolu"nun bərpası magistral yol boyu xidmət sahələrinin günün tələbləri səviyyəsində yaradılması məsələsini də gündəmə gətirir. Hazırda Bakı-Qazax avtomobil yolunun bir qədər genişləndirilməsi istiqamətində işlər aparılır.
Yolun müasir dünya standartlarına cavab verməsi ilə yanaşı, yol boyu bütün infrastruktur sahələrinin standartlara cavab verməsi gündəmə gəlib. "Aztelekom" İB tərəfindən yol boyu müasir taksofonların qurulması planlaşdırılır. Birlikdən verilən məlumata görə, bu, əsasən iri yaşayış məntəqələrində həyata keçiriləcək.
Taksofonlar unversal olacaq. Yəni həm kartla, həm də qəpiklə işləyəcək. Avropa və Asiya ölkələri arasında nəqliyyat və kommunikasiyanın inkişafı, ticarət və iqtisadi əlaqələrin inteqrasiyasının, dövlətlərin qarşılıqlı surətdə faydalanması və zənginləşməsi yolunda Azərbaycan rabitəsinin danılmaz rolu vardır.
Qeyd edək ki, "İpək yolu"nun üzərində Ucar, Yevlax, Goranboy, Şəmkir PF-nin poçt mübadilə məntəqələri yerləşir. Bu mübadilə məntəqələrində adıçəkilən rayonlarla yanaşı, ətraf rayonların da poçt mübadiləsi aparılır.
19/04/12 Çap et