Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ay və Marsda tədqiqatlar aparmaq üçün robotlar sınaqdan keçirilir


Alimlər Çilinin Atakama səhrasında Ay və ya Marsda tədqiqatlar aparmaq  üçün nəzərdə tutulmuş robotları sınaqdan keçirir. Bu robotlar mikroorqanizmlərin axtarışı üçün gələcəkdə Yerin peyki və Qırmızı planetə göndərilə bilər.

“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən  bildirir ki, Çili alimləri ispan kolleqaları ilə birgə “SOLİD” adlı robotu artıq səhrada sınaqdan keçiriblər.

Bu təcrübənin dərc edilmiş nəticələrinə görə, “SOLİD” adlı robotu günəş işığı və oksigen olmadan yerin altındakı şoranlıqda yaşaya bilən mikroorqanizmləri aşkar edə bilib.
 




 
EMİL
 
 
 





19/04/12    Çap et