Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”-un həmtəsisçisi “Facebook” və “Apple” şirkətlərinə valeh olduğunu etiraf edib


“Google” şirkətinin həmtəsisçisi Serqey Brin bu günlərdə verdiyi müsahibəyə münasibət bildirib və jurnalistlərin onun sözlərini təhrif etdiyini bəyan edib.

Serqey Brinin sözlərinə əsasən, jurnalistlər müsahibənin qısa tezisini çapa təqdim etməklə, onun söylədiyi fikirlərin təhrifinə rol veriblər. O, internetin əsas təhlükəsi kimi şəbəkəyə senzuranı tətbiq etmək istəyən hökumət nümayəndələrinin olduğunu söyləyib. “Facebook” və “Apple” şirkətlərinin ekosistemlərinə gəlincə isə, bu problemin Qlobal şəbəkənin inkişafına ciddi təsir etmədiyini bildirib.

Bununla yanaşı, Serqey Brin hər iki korporasiyanın (Facebook və Apple) əməyini yüksək qiymətləndirib və onlara valeh olduğunu etiraf edib. Onun fikrincə, biri əla qurğular istehsal edir, digəri isə milyonlarla insanlara dünyada baş verən hadisələrə münasibətini ifadə etməyə imkan yaradıb.





EMİL 





19/04/12    Çap et