Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Musiqi şirkətləri internetin inkişafına mane olur?


Biz, biznesini itirmək istəməyən musiqi şirkətlərinin açıq interneti məhv etməsinə imkan verməməliyik. Bu barədə “WWW” protokolunun yaradıcısı  Tim Berners-Li “W3C” konfransında qeyd edib.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən  bildirir ki, onun sözlərinə görə, ABŞ-da hay-küyə səbəb olmuş “SOPA” və “PIPA”, həmçinin, Avropa və Asiya ölkələrində “ACTA” kimi sonuncu "mübahisəli" qanunvericilik təşəbbüslərinin ilk əvvəl piratlıqla mübarizə aparmaq üçün nəzərdə tutulduğu bildirilirdi, lakin son nəticədə bu qanunların musiqi şirkətlərinin biznesini xilas etməkdən ötrü nəzərdə tutulduğu aydın olub.

“Musiqi şirkətləri interneti onlardan musiqi oğurlayan yeniyetmələr kütləsi kimi görür. Lakin bu, belə deyil, internetin imkanları daha genişdir,” – “WWW” protokolunun yaradıcısı Tim Berners Li bildirib.
 




EMİL





19/04/12    Çap et