Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” 11 milyon saytı silib
“Google” “.co.cc” domen zonasında yerləşən 11 milyondan çox sayt haqqında məlumatları silib. Səbəb kimi bu domenin demək olar ki, tamamilə spam və fırıldaqçı layihələrdən ibarət olduğunu bildirib. Qeyd edək ki, “.co.cc” domeni “.co.uk” və ya “.msk.ru” kimi rəsmən icazə verilmiş ikinci səviyyə domeni deyil. Bu domen Koreya şirkətinə aiddir.
Bu şirkət pulsuz hostinq təklif edir. Belə sxemlər əksər hallarda de-fakto olaraq dələduz, haker və spammerlər tərəfindən istifadə olunur. “Google”da bildiriblər ki, “.co.cc” domenini analiz ediblər və bu domendə olan saytların əhəmiyyətli hissəsi spam layihələrə xidmət edir.
“.co.cc” domenindəki saytların silinməsi faktı ilə əlaqədar “Google”un rəsmi bloqunda bildirilib ki, bu addım istifadəçiləri qorumağa icazə verəcək. “Google Web Spam Team” rəhbəri Mett Katts bildirib ki, bu zonada fişinq hücumlarının edilməsi üçün domenlərin kütləvi qeydiyyatı nəzərə çarpır. “Anti-Phishing Working Group”un məlumatına görə, 2010-cu ilin ikinci yarısında bu zonada demək olar ki, 5000 fırıldaqçı layihə qeyd edilib.
Qeyd edək ki, “.co.cc”-da cəmi 11 383 736 milyon domen var, hansı ki 5 731 278 istifadəçi hesabında qeyd edilib. Digər zonalar üzrə statistikanı nəzərə alaraq, təsdiq etmək olar ki, “.co.cc” zonasındakı yerləşən saytlar “.ru” zonasından 3 dəfə çox, həmçinin “.org” və “.uk” zonalarından çoxdur.
Rəsmi “.cc” domeni Kokos adalarına - Avstraliyanın yurisdiksiyasının altında olan Hind okeanında kiçik əraziyə aiddir. “Google”da bildiriblər ki, “.cc” domenləri əvvəlki kimi “google.com-“un axtarış indeksindədir və şirkət onlarla işləməyə davam edir.
07/07/11 Çap et