Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerika məktəbliləri elektron qələmdən istifadə edəcəklər


ABŞ-ın Los-Anceles şəhərində yerləşən məktəblərdə “Penveu” adlı yeni elektron qələm sınaqdan keçirilir. Bu qələm istənilən səthdə, xüsusilə divar, kompyuter monitoru və ya proyeksiya ekranında işləyə bilər.

Təxminən 770000 məktəbli və tələbə yenilikdən müvəqqəti də olsa istifadə edə biləcək. “Penveu” istehsalçıları iddia edirlər ki, elektron qələmdən istifadə daha ucuz başa gəlir.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən  bildirir ki, qələm, elektron göstərici və ya fənər kimi istifadə edilməsi mümkün olan qurğunun qiyməti 499 dollar təşkil edir, lakin istehsalçı topdansatış sifarişlər edilərsə, daha ucuz qiymətə satacağına söz verib. Həm də qələmi satan şirkətdən bildirilib ki, “Penveu” adlı elektron qələm Qərb məktəblərində istifadə edilən elektron lövhələrlə müqayisədə istifadədə daha asan, sürətli və daha rahatdır.

“Penveu” elektron qələminin daha bir üstünlüyü ondan ibarətdir ki, onunla yazılmış bütün yazılar auditoriya və ya sinfin istənilən hissəsindən görünür.
 





 
EMİL





19/04/12    Çap et