Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

120 mindən çox insanın daxil olduğu səhifədə reklam satılacaq


2012-ci il mayın 2-dən etibarən populyar “Tumblr” bloq-platformasında reklam satışlarına başlanılır. Elan verənlər öz elanlarını pul ödəməklə  “Tumblr Radar” səhifəsində yerləşdirmək imkanı əldə edəcəklər. Məlumat üçün qeyd edim ki, “Tumblr Radar” səhifəsində xidmətdə qeydiyyatdan  keçmiş istifadəçilərin ən populyar mesajları dərc olunur. Statistikaya görə, hər gün 120 mindən çox insan bu səhifəyə daxil olur.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Tumblr” resursunun administrasiyası bundan əvvəl istifadəçilərə və brend  səhifələrinin sahiblərinə bir sıra pullu funksiyalar təqdim etməklə pul qazanırdı.






 
EMİL
 
 





20/04/12    Çap et