Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gömrük üzrə yeni elektron xidmətlər istifadəyə verilib


Dövlət Gömrük Komitəsi daha bir elektron xidmət - “Sərnişin bəyannaməsi” elektron xidmətini istifadəyə verib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komitənin yaydığı məlumatda  bildirilir.

Bundan sonra fiziki şəxslər Dövlət Gömrük Komitəsinin internet səhifəsinin “e-Gömrük xidmətləri” bölməsindən və ya  gömrük sərhəd buraxılış məntəqələrində quraşdırılmış “Gömrük” məlumat köşklərindən istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdiyi malları, o cümlədən valyuta sərvətlərini elektron formada bəyan edə bilərlər. Təqdim olunan elektron gömrük xidməti vətəndaşların gömrük sərhədindən keçidini daha da asanlaşdırmaqla gömrük nəzarətində şəffaflığı təmin edir.







CAHANGİR





20/04/12    Çap et